Sobada göbələkli qaymaqlı makaron

Soup

  15-20 dəqiqə

Lazım olan ərzaqlar:

  • 300 q istənilən növ makaron
  • 2-3 x.q. Gerda kərə yağı
  • 300 q göbələk
  • 200 q yaşıl noxud
  • 200 ml qaymaq
  • 200 q holland pendiri
  • Duz, istiot

Hazırlanması:

1. Makaron suda qaynadılıb, süzülür.
2. Göbələklər təmizlənir, doğranır. Tavada kərə yağı isidilib göbələklər əlavə olunur, gur odda suyu çəkilənə qədər bişirilir. Üzərinə qaymaq, sürtgəcdən keçirilmiş holland pendiri əlavə olunur.
3. Yaşıl noxud, duz və istiot əlavə olunub, qarışdırılır.
4. Qaynadılıb süzülmüş makaronlar əlavə olunub, qarışdırılır.
5. Soba qabına tökülür, üzərinə holland pendiri səpilir. 180 dərəcəli sobada 10-15 dəq. bişirilir.
Nuş olsun!

content-img-1

Digər reseptlər

Sobada göbələkli qaymaqlı makaron

Göbələk və makaron sevənlərə özəl, sadə və ləzzətli yemək!

  15-20 dəqiqə

Ətraflı
Sobada kartof püreli küftəciklər

Sadə kartof püresi və kotletdən daha cəlbedici görünən yemək.

  20-25 dəqiqə

Ətraflı