Monastır sayağı toyuq

Soba yeməyi

  20-25 dəqiqə

Lazım olan ərzaqlar:

  • 500 q toyuq filesi
  • 300 q göbələk
  • 2 ədəd pomidor
  • 100 ml qaymaq
  • 50 q Gerda kərə yağı
  • 100 q holland pendiri
  • Duz, istiot

Hazırlanması:

1. Toyuq filesi ortadan 2 yerə bölünür. Bir qədər döyülüb, duz, istiot səpilir.
2. Tavada yağ qızdırılıb, toyuq filesi 5-7 dəqiqə hər iki üzü qızardılır. Kənara qoyulur.
3. Göbələklər təmizlənib doğranır. Tavada isidilmiş yağda suyunu çəkənə qədər bişirilir. Üzərinə qaymaq, duz, istiot əlavə olunub qarışdırılır.
4. Soba üçün qaba qızardılmış toyuq, üzərinə göbələk qarışımı, üzərinə halqa formada doğranmış pomidor və sonda sürtgəcdən keçirilmiş pendir səpilir.
5. Sobada 180 dərəcədə pendir əriyib bir qədər qızarana kimi 10-15 dəqiqə bişirilir.

Nuş olsun!

content-img-1

Digər reseptlər

Sobada göbələkli qaymaqlı makaron

Göbələk və makaron sevənlərə özəl, sadə və ləzzətli yemək!

  15-20 dəqiqə

Ətraflı
Sobada kartof püreli küftəciklər

Sadə kartof püresi və kotletdən daha cəlbedici görünən yemək.

  20-25 dəqiqə

Ətraflı