Sobada kartof püreli küftəciklər

Soba xörəyi

  20-25 dəqiqə

Lazım olan ərzaqlar:

  • 500 q çəkilmiş ət
  • 1 ədəd soğan
  • 4 ədəd kartof
  • 2 x.q. xama
  • 100 q kərə yağı
  • 1 x.q. tomat pastası
  • Duz, istiot
  • Üzəri üçün göyərti

Hazırlanması:

1. Çəkilmiş ətə xırda doğranmış və ya blenderdə xırdalanmış soğan, duz, istiot əlavə olunub qarışdırılır.
2. Xırda küftələr tutulub soba üçün qaba düzülür. 180 dərəcəli sobada 20 dəqiqə bişirilir.
3. Kartoflar soyulub qaynadılır. Üzərinə kərə yağı, xama, duz, istiot əlavə olunaraq püre halına gətirilir.
4. Tavada kərə yağı qızdırılıb tomat pastası əlavə olunub bir qədər qovrulur. Çox qatı olarsa, tomat pastasını bir qədər suda açıb əlavə etmək olar.
5. Soba üçün qaba püre yayılır. Üzərinə küftəciklər düzülür. Üzərindən tomat padsalı sous əlavə olunaraq daha 10-15 dəqiqə sobaya qoyulur. Süfrəyə verilərkən üzərinə göyərti səpilir.
Nuş olsun!

content-img-1

Digər reseptlər

Sobada göbələkli qaymaqlı makaron

Göbələk və makaron sevənlərə özəl, sadə və ləzzətli yemək!

  15-20 dəqiqə

Ətraflı
Sobada kartof püreli küftəciklər

Sadə kartof püresi və kotletdən daha cəlbedici görünən yemək.

  20-25 dəqiqə

Ətraflı